Türkiyənin ən məşhur teleaparııcı və prodüserlərindən biri, bir sıra layihələri ilə məşhur olan Acun Ilıcalı TV 8 telekanalını satın alandan sonra yeni layihəni reallaşdırmağa başlayıb.
Milli.Az AHT-yə istinadən bildirir ki, A.Ilıcalı Hollandiyada reytinq rekordları qıran "Utopia" realiti-şousunun Türkiyə variantını hazırlayıb.
Müsabiqəyə qatılmaq istəyənlərin sayı artıq 250 mini keçib.
15 iştirakçının mübarizə aparacağı "Utopia"nın şərtlərinə görə, mübarizə aparacaq şəxslərə bir daxma, 2 inək, bir neçə toyuq və bir az toxum verilir.
15 nəfərin "kiçik dünyası" sutkada 24 saat 100 videokamera vasitəsilə izlənir və internetdə də onlayn translyasiya olunur.
Hər ay bir iştirakçını digər rəqiblər yarışdan kənarlaşdırırlar.
Şouya yeni iştirakçılar da əlavə oluna bilər.
İştirakçılar tövlənin olduğu komada yaşayacaqlar.
"Utopia" iştirakçıları təbii qaz, su və elektroenerji ilə təmin olunsalar da, onların yaşadıqları yerdə hamam və ayaqyolu olmayacaq. Üstəlik, onlar təbii qazdan isinmək üçün istifadə edə bilməzlər.
"Utopia"ya qatılanlar kənd təsərrüfatı fəaliyyəti ilə özlərinə ruzi əldə etməlidirlər.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin










