Bakıda ana və övladı dağıntılar altda qalacaqdı - FOTO

22 İyul 2014 14:51
Səbinə Əlişova adlı oxucu Day.Az saytının redaksiyasına məktub göndərib. Milli.Az-ın məlumatına görə, məktubda deyilir:

"Mən Yasamal rayonunda, Mətbuat prospekti 29 ünvanında yaşayıram. Bizim binanın fasadı üzlənir. Bu yaxınlarda fəhlələr bizim eyvanı qırıblar. Bu zaman bizi xəbərdar etməyiblər ki, damda işlər görüləcək. Səhəri gün eyvanda paltar əsəndə damdan böyük daşlar bizim eyvana düşməyə başladı. Qorxu içində övladımı da götürüb içəri qaçdım. Hər ikimiz xəsarət aldıq. Əgər kərpc övladımın başına düşsəydi, kim cavabdeh olacaqdı?"

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Yasamal Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin rəisi Şahin Məmmədovla əlaqə saxlayıb. O, məsələ ilə bağlı tövsiyə edib ki, Yasamal rayon mənzil-kommunal təsərrüfat birliyi ilə əlaqə saxlanılsın.

Həmin qurumdan da saytın əməkdaşına bildiriblər ki, binadakı təmir işlərinin həmin quruma aidiyyəti yoxdur. Fasadın təmiri Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova qeyd edib ki, vətəndaşın şikayətini dinləməyə hazırdırlar.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.