Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, iyulun 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyi əsəcək, külək günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 30-35 dərəcə isti olacaq.
Azərbaycanın əksər rayonlarında iyulun 23-də, əsasən, yağmursuz hava şəraiti hökm sürəcək. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlıq və dağətəyi rayonlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.
Milli.Az