"Zalsburq"un baş məşqçisi "Qarabağ" üçün Bakıya gəldi
22 İyul 2014 13:20
Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Valletta" oyununu izləyənlər arasında "casus" da olacaq. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu cütlüyün III mərhələdəki rəqibi olan "Zalsburq" nümayəndələri də Bakıya gəlib.
"Qarabağ"ın oyununu izləmək üçün Bakıya birbaşa Avstriya çempionunun baş məşqçisi Adi Hütter gəlməyi lazım bilib. Əsl adı Adolf olan Hütter bura tək gəlməyib. İyunun 1-dən komandaya rəhbərlik edən çalışdırıcı özü ilə birgə "Zalsburq" klubunun rəsmi saytının video-analitiki Riçard Kitsbixleri də gətirib.
Qeyd edək ki, "Qarabağ" - "Valletta" bu gün saat 21:30-da başlayacaq.
Milli.Az