Xalq artisti: "Yeriməyə başlamışam"

22 İyul 2014 13:17

"Aparılan müalicələrdən sonra səhhətim normallaşmağa doğru gedir"

Milli.Az xəbər verir ki, bunu aznews.az-a açıqlamasında xalq artisti, rejissor Ramiz Əzizbəyli deyib.

R.Əzizbəyli bildirib ki, artıq yerimə qabiliyyəti bərpa olunmağa başlayıb: "Müalicə bu gün də dava edir. Davamlı dərman qəbul edirəm. Müalicənin nəticəsi olaraq, az da olsa, yeriməyə başlamışam. Hələlik yaxın məsafələri hərəkət edirəm".
 

Qeyd edək ki, R.Əzizbəyli bu ilin fevralın 9-da avtomobil qəzası keçirib. Həmin qəzadan sonra aktyor yerimə qabiliyyətini itirmişdi.

Milli.Az