Türkiyədə əməliyyatlar başladı: 200 nəfər saxlandı
22 İyul 2014 12:51
Saxlanılanlar arasında sabiq şöbə müdiri də var
Türkiyədə aralarında təhlükəsizlik orqanlarının əməkdaşlarının da olduğu şübhəlilərə qarşı əməliyyatlar başlayıb.
Anspress-in məlumatına görə, İstanbuldakı müxtəlif ünvanlarda imsaqda başlayan əməliyyatda bəzi şəxslər saxlanılıb. Şübhəlilər arasında polislərin olduğu, 200-ə yaxın ünvanda axtarış edildiyi açıqlanıb.
İstanbul Polis İdarəsinin terrorla mübarizə şöbəsinin təşkil etdiyi əməliyyatda saxlanılanlar sonradan İstanbul Təhlükəsizlik İdarəsinə gətirilib.
Şübhəlilər cinayət törətmək məqsədiylə təşkilat qurmaq, qeyri-qanuni dinləmə və saxtakarlıq kimi cinayətləri törətməkdə ittiham olunurlar. Saxlanılanlar arasında İstanbul polis idarəsinin terrorla mübarizə şöbəsinin sabiq müdiri Ömər Köşə də var.
Qeyd edək ki, sabiq müdir 17 və 25 dekabr əməliyyatları zamanı İstanbul polis idarəsinin terrorla mübarizə şöbəsinin müdiri vəzifəsini icra edib.