"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, son zamanlar bəzi KİV-lərdə və sosial şəbəkələrdə ictimaiyyətdə belə bir fikir formalaşdırılır ki, hal-hazırda metrpolitendə qatarlarda yaranan nasazlıq guya əvvəlki aylarla müqayisədə artıb: "Əslində isə belə deyil. Bizim gündəlik statistika aparan müvafiq strukturumuz var və hətta vaqonda ən kiçik lampa xarab olanda belə depoya qayıdanda mütləq onun qeydiyyatı aparılır. Bu, təhlükəsizlik təlimatı ilə bağlıdır. Hadisələrin təhlilini aparsaq, görərik ki, vəziyyət deyilənlərin tam əksinədir. Bizdə xətdən plandankənar qayıdış deyə bir anlayış var. Yəni nasazlıqla əlaqədar xətdən çıxaraq qatarların depoya qayıtması nəzərdə tutulur. Bir neçə ay bundan əvvəl, məsələn, fevral ayında plandankənar qayıdış gün ərzində 15-17 dəfə olurdusa, hal-hazırda belə hallar 1, maksimum 2 dəfə olur. Elə bunun özü göstərir ki, qatarlarda yaranan nasazlıqlarla bağlı statistika getdikcə aşağı düşür, elə bir ciddi problem yoxdur".Bakı Metropoliteni qatarlardakı nasazlıqlarla bağlı yayılan ittihamlara cavab verib