Ceyms Uorlik bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək

22 İyul 2014 11:52
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu gün Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar MəmmədyarovEdvard Nalbandyan ilə görüşəcək.

Trend-in məlumatına görə, bu barədə C.Uorlik öz twitter səhifəsində yazıb.

Amerikalı həmsədr qeyd edib: "Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşərək Dağlıq Qarabağ münaqişəsində sülh nail olunmasını müzakirə etmək üçün indicə Brüsselə çatdım. Biz münaqişənin danışıqlar yolu ilə həllinə nail olmağa çalışırıq".

Milli.Az