Xalq artisti: "Səhnədən gedəndən sonra nə edəcəyim barədə düşünməmişəm"

22 İyul 2014 11:41
"Bilik əldə etmək cəhdləri mənim ailəmin ənənəsidir. Bu səbəbdən də təhsilimi davam etdirməyim də təbiidir".

Milli.Az xəbər verir ki, bu sözləri Day.Az saytına müsahibəsində tanınmış balerina, Azərbaycanın xalq artisti Kamilla Hüseynova deyib.

"Səhnədən gedəndən sonra nə işlə məşğul olacağım barədə ciddi düşünməmişəm. Bu gün səhnə mənim üçün hər şeydir. Bir şeyi dəqiq bilirəm ki, topladığım təcrübəni ötürməliyəm. Həm də ki, ötürəcəyim adamlar var. Bizim çox istedadlı gənclərimiz var. Onlara baxarkən demək olur ki, Azərbaycan baletinin böyük gələcəyi var", - o əlavə edib.

Müsahibənin tam mətnini bu keçiddə rus dilində oxuya bilərsiniz.

Milli.Az