Ermənilər türk məmurlara iftar süfrəsi açdılar - FOTO

22 İyul 2014 11:22

Türkiyənin Batman vilayətindəki Sason şəhərinin bələdiyyə sədri Yılmaz Arslan dünən yerli ermənilərin verdikləri iftara qatılıb. İftarda bələdiyyə sədri ilə yanaşı, şəhər bələdiyyəsinin idarə rəhbərləri və digər məmurlar da vardı.
 

Milli.Az bildirir ki, Y.Arslan ermənilərin iftar süfrəsi açmalarından çox razı qalıb.
 

Bələdiyyənin Twitter-dəki profilində Y.Arslan yazıb: "Erməni vətəndaşlarımızın verdikləri iftar yeməyinə qatıldıq. Birliyimiz daimi olsun!"
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin