Türkiyədə maye qaz daşıyan avtomobil partladı, onlarla yaralı var
22 İyul 2014 10:53
Türkiyənin cənub-şərqində yerləşən Diyarbəkir vilayətində maye qaz daşıyan avtomobil partlayıb, xəsarət alanlar var.
Bu barədə Trend "Sabah" qəzetinə istinadən xəbər yayır.
Partlayışa səbəb maye qazın sızması olub. Nəticədə 70 nəfər yaralanıb.
Xəsarət alanların hamısı yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
Milli.Az