700 min qız uşaqlığını itirir

22 İyul 2014 20:29

"Dünyada 700 min qadın uşaq olarkən ərə verilir".

Milli.Az anspress-ə istinadən bildirir ki, bu haqda BMT-nin uşaq agentliyi olan UNİSEF xəbər yayıb.

UNİSEF iyulun 22-də xəbərdarlıq edib ki, əgər ölçü götürülməsə, 2050-ci ilə uşaqkən ərə verilən qızların sayı 1 milyardı keçəcək.

UNİSEF və Britaniya hökuməti hazırda "Qız Sammiti" adını alan tədbir keçirir.

Sammitdə çıxış edən Böyük Britaniyanın baş naziri David Kameron qızların uşaqkən ərə verilməsini qadağan etməyə çağırıb.

Qızların uşaqkən ən çox ərə getdiyi region Cənubi Asiyadır. Dünyada belə nikahların yarısı məhz Cənubi Asiyanın payına düşür.
 

Milli.Az