Türkiyənin güc strukturlarında kadr təmizlənməsi aparılır

22 İyul 2014 10:49
Türkiyənin güc strukturlarında Fətullah Gülən (hazırda ABŞ-da yaşayan ictimai din xadimi) hərəkatının tərəfdarlarından kadr təmizlənməsi aparılır.

Bu barədə Trend "TRT Haber" telekanalına istinadən xəbər yayır.

Hazırda kadr təmizlənmələri ölkənin 25 dairəsindəki güc strukturlarında aparılır.

Bir müddət əvvəl xəbər verilmişdi ki, Türkiyənin güc strukturlarında Fətullah Gülən hərəkatının tərəfdarlarından kadr təmizlənməsinin aparılmasına hazırlıq gedir.

Qeyd edək ki, bir müddət əvvəl Baş nazir Rəcəb Tayyib Ərdoğan F.Güləni Türkiyənin daxili işlərinə qarışmamağa çağırmış, ABŞ-ı isə onun dəstəkləməkdə ittiham etmişdi.

Milli.Az