Sabunçuda nasaz maşın qəza törətdi - VİDEO - FOTO

22 İyul 2014 11:25

Bakının Sabunçu rayonunda nasaz maşın qəza törədib

APA-nın məlumatına görə, hadisə Heydər Əliyev prospektində, metronun "Koroğlu" stansiyasının yaxınlığında baş verib.

Əyləci nasaz olan "Mercedes" öncə yol kənarındakı dəmir maneələrə çırpılıb, daha sonra prospektlə hərəkət edən "KİA"nı vurub. Qəza zamanı "Mercedes"ə ciddi ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polisinin Sabunçu Rayon Şöbəsinin əməkdaşları gəliblər. Prospektdə sıxlıq yarandığından avtomobillər evakuator vasitəsi ilə hadisə yerində uzaqlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.