Paytaxtda iki "BMW" markalı avtomobil toqquşdu - VİDEO - FOTO
22 İyul 2014 11:19
Bakının Sabunçu rayonu, Heydər Əliyev prospektində qəza baş verib
APA-nın məlumatına görə, baş verən qəzada iki "BMW" markalı avtomobil toqquşub.
Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Toqquşan maşınlar yol kənarındakı maneəyə çırpıldıqdan sonra dura biliblər. Hadisə yerinə Dövlət Yol Polisinin Sabunçu Rayon Şöbəsinin əməkdaşları gəlib. İlkin araşdırma zamanı məlum olub ki, qəzaya hər iki avtomobilin magistral yolda sürət həddini aşması səbəb olub.
Faktla bağlı Dövlət Yol Polisinin Sabunçu Rayon Şöbəsində araşdırma aparılır.