Kürd lider Abdullah Öcalan İŞİD terror qruplaşmasına qarşı mübarizə aparmaq lazım olduğunu bildirib.
Anspress-in məlumatına görə, İmralı həbsxanasında ömürlük həbsə məhkum olunan PKK terror qruplaşması lideri Abdullah Öcalan ötən gün qardaşı Məhmət Öcalanla görüşüb.
Yarım saat davam edən görüşdə kürd lider İŞİD terror qruplaşmasına qarşı sonuna qədər mübarizə aparmaq lazım olduğunu vurğulayıb.
Xatırladaq ki, iki həftə əvvəl A.Öcalan Diyarbəkirli bitərəf millət vəkili Leyla Zana və HDP İstanbul millət vəkili Sırrı Süreyya Öndərlə görüşü zamanı İŞİD-in hücumlarını pisləyərək, başda kürd xalqı olmaqla, beynəlxalq təşkilat və güc strukturlarını onlara qarşı səfərbər olmağa çağırmışdı.