45 İsrail hərbçisi öldürüldü

22 İyul 2014 09:52

Qəzzanın cənubunda İsrail hərbçiləri ilə meydana gələn atışmada 5 əsgər öldürülüb

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, HƏMAS-ın hərbi qolu "İzəddin əl Qəssam" briqadası 15 İsrail əsgəri öldürdüklərini açıqlayıblar.

Açıqlamada Qəzzanın Şucaiyyə məhəlləsində pusquya düşürülən İsrail hərbçiləri ilə baş vermiş atışmada 10 əsgərin öldürüldüyü bildirilib.

Bundan başqa Qəzzanın cənubunda İsrail hərbçiləri ilə meydana gələn atışmada 5 əsgərin öldürüldüyü, bununla da insidentlərdə öldürülən israilli sayının 45-ə çatdığı qeyd edilib.

Milli.Az