Türkiyədə İsrail bayrağını yandırdılar - VİDEO

22 İyul 2014 10:11

"Ən yaxşı mübarizə İsrail mallarını boykot etməkdir"

İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölən fələstinlilərin sayının getdikcə artması etiraz dalğalarını artırır.

Anspress-in məlumatına görə, Adananın Mərkəz Seyhan rayonunun "5 Ocak meydanı"nda toplaşan "Kalem" vəqfi üzvləri təravih namazından sonra İsrailin əleyhinə etiraz şüarları səsləndiriblər.

Əllərində Fələstin bayraqları və plakatlar olan qrup İnönü parkı istiqamtində yürüş keçiriblər. İsrail əleyhinə şüarlar səsləndirən qrup üzvləri parka çatdıqda İsrail bayrağını yandırıblar.

Etirazçıların adından mətbuata çıxış edən Muhamməd Çələbi adlı şəxs göstərilməli ən yaxşı mübarizənin İsrail mallarını boykot etmək olduğunu bildirib.

Qeyd edək ki, Qəzzada son iki həftədə keçirilən əməliyyatlar zamanı 500-dən çox fələstinlinin öldüyü, 3100-dən çoxunun isə yaralandığı bildirilir.

Milli.Az