Türkiyə XİN-dən İsrail bəyanatı

22 İyul 2014 09:45

"İsraillə enerji və müdafiə sahələrində əməkdaşlığa dair iddialar həqiqəti əks etdirmir"

Türkiyə XİN mətbuatda, Türkiyə - İsrail enerji sazişinə dair yayılmış xəbərlərə kəskin reaksiya bildirib.

Anspress-in məlumatına görə, XİN sözcüsü bildirib: "İsrailin Qəzzaya yönəlmiş hücumunun dayandırılması və daimi atəşkəsin təmin edilməsi istiqamətində ölkəmizin səy göstərdiyi bir vaxtda mətbuatda və müxtəlif dairələrdə ölkəmizin İsraillə əlaqələri haqqında müxtəlif əsassız iddialara yer verildiyi görülməkdədir".

Sözcü qeyd edib ki, ölkəsinin İsraillə müdafiə sənayesi və enerji sahələrində əməkdaşlıq etməsi barədə bəzi spekulativ iddialar bu çərçivədə gündəmə gətirilməkdədir: "İsrailin qeyri-hökumət təşkilatları tərəfindən Qəzzaya təşkil edilən humanitar yardım gəmisinə 31 May 2010-cu il tarixində beynəlxalq sularda həyata keçirdiyi və 10 türk vətəndaşın həyatının itirdiyi hücumdan sonra ölkəmiz, İsraillə diplomatik əlaqələrini minimum səviyyəyə endirib və iki ölkə arasındakı bütün hərbi əlaqələri təxirə salıb. Haqqında danışılan dövr boyunca müdafiə sənayesi də daxil olmaqla Türkiyə ilə İsrail arasında bu sahələrdə hər hansı bir rəsmi razılaşma imzalanmayıb".

XİN sözcüsü "enerji sahəsində də ölkəmizlə İsrail arasında dövlət səviyyəsində hər hansı bir əməkdaşlıq mövcud deyil. Hörmətli enerji nazirimiz da mövzuyla əlaqədar olaraq dünən verdiyi açıqlamada iddialara lazımlı cavabı verib" deyə şərhinə əlavə edib.

Milli.Az