BMT TŞ Ukraynada "Boeing"in vurulmasının araşdırılmasına mane olmamağa çağırıb

22 İyul 2014 09:12
BMT Təhlükəsizlik Şurası yekdilliklə Ukraynanın şərqində Malayziyaya məxsus "Boeing" sərnişin təyyarəsinin vurulması ilə bağlı qətnamə qəbul edib.

APA-nın "BBC"yə istinadən verdiyi xəbərə görə, qətnamə beynəlxalq ekspertlərin hadisə yerinə təhlükəsiz, tam və məhdudiyyətsiz girişinin təmin olunmasını tələb edir.

Faciə nəticəsində 28 vətəndaşını itirən Avstraliya tərəfindən hazırlanan qətnamə bütün silahlı qrupları müstəntiqlərin hadisə yerində işinə mane olacaq addımlardan çəkinməyə çağırıb.

Rusiya tərəfindən də dəstəklənən qətnamədə günahkarların məsuliyyətə cəlb olunmasının və bütün dövlətlərin həqiqətin müəyyənləşdirilməsi istiqamətindəki səylərə dəstək verilməsinin vacibliyi qeyd olunub.

Milli.Az