APA-nın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə Fələstinlilərə Yardım Agentliyi (UNRWA ) məlumat yayıb.
Məlumata əsasən, həlak olan 107 nəfərin 23-ü qadın, 35-i uşaqdır. UNRWA qeyd edir ki, Qəzza zolağında vəziyyətin gərginləşdiyi dövrdə, ümumilikdə, 100-dən çox uşaq ölüb.
Son sutka ərzində, həmçinin 13 israilli hərbçinin öldüyü bildirilir.
Anspress xəbər verir ki, Qəzzada İsrailin havadan, qurudan və dənizdən həyata keçirdiyi hücumlarda ölü sayının 573-ə, yaralı sayının 3 min 400-ə çatdığı barədə məlumat yayılıb.
Şahidlər gün ərzində ən qorxulu hücumlardan birinin iftar vaxtı baş tutduğunu, hədəf alınan 6 mərtəbəli binada əksəriyyəti qadın, uşaq və yaşlı 20 nəfərin həyatını itirdiyini söyləyirlər.
Qəzzanın cənubunda də bir motosikletin hədəf alınması nəticəsində 3 nəfərin öldüyünü bildirən Fələstin rəsmisi İsrailin Qəzzaya gün ərzində təşkil etdiyi hücumlarda 122 nəfərin həyatını itirdiyini, 392 adamın yaralandığını qeyd edib.
Qeyd edək ki, iyulun 17-də İsrailin Baş naziri Binyamin Netanyahu Qəzza zolağında quru əməliyyata start verildiyini elan edib.
Milli.Az