Bu gün Britaniya kraliçası 2-ci Yelizavetanın nəticəsi şahzadə Corcun 1 yaşı tamam olur.
Şahzadə Uilyam və Kembric hersoginyası Ketrin Middltonun izdivacında bu uşaq doğulmamış The Washington Post onu "dünyanın ən məşhur uşağı" adlandırmışdı.
2013-cü ildə doğulanda o, gözləntiləri doğrultdu və gerçəkdən də, dünyanın ən məşhur uşağına çevrildi.
Fotoreportyorlar və jurnalistlər az qala onun hər addımını izləyirlər.
Corcun ilk addımı, ilk səyahəti, ilk gəzintisi - bütün bu olayların fotoları çəkilib.
Milli.Az The Guardian-a istinadən bildirir ki, şahzadə Corc atası şahzadə Uilyamın doğulduğu məkanda, Londondakı Müqəddəs Mariya hospitalında dünyaya gəlib. 3800 qramlıq Corc doğulanda şahzadə Uilyam xanımı Keyt Middltonun yanında idi.
Corcun tam adı Georg Aleksandr Lui, titulu "əlahəzrət şahzadə Kembricli Georg"dur.
Gələcəkdə o, Britaniya kralı 7-ci Georg olacaq.
Şahzadə Corcun ilk fotosessiyası Midlltonlar ailəsinin Berkşirdəki malikanəsində olmuşdu. Sessiyanın müəllifi isə məşhur fotoqraf yox, Corcun babası Maykl Midlltondu.
Şahzadənin son fotolarından biri - onun ayaq açaraq yeridiyi anların əks olunduğu şəkillərin müəllifi isə Press Association-in fotoqrafı Con Stillevell oldu. Fotollar Londondakı Təbiətşünaslıq Muzeyində çəkilib.
Milli.Az