Koffi bacı-qardaşları indi tək yaşadıqları Avstraliyada yox, bütün dünyada məşhurdurlar.
5 bacı-qardaş sosial şəbəkələrin ulduzlarıdır. Onların arasında daha populyarları isə böyük bacılar Elli-Cin və Holli-Syudur.
19 yaşlı Elli-Cinin dediyinə görə, o, idmançıdır.
"Amma vücudum çox cazibədar və erotik olduğumdan fotolarımı sosial şəbəkələrdə bəyənir, paylaşırlar. Məşhurlaşmaq üçün əlahiddə səylər göstərməmişəm, belə fikrim də olmayıb. Sadəcə, insanlar məni bəyənir," - Elli-Cin bildirib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Elli-Cin Koffinin dediyinə görə, bacısı Holli-Syu da onun təki sörfinq fanatıdır.
19 yaşlı Elli-Cin, 16 yaşlı Holli-Syu, 14 yaşlı Rubi-Li və 12 yaşlı Bonni-Lu selfi çəkməyi, sonra da fotolarını sosial şəbəkələrdə paylaşmağı sevirlər.
Bacıların yeganə qardaşı, 18 yaşlı Cekson da məşhurlaşmağa başlayıb.
Holli-Syunun İnstagram-dakı profilinin 100 mindən artıq daimi izləyicisi varsa, Elli-Cinin profilində bu rəqəm 300 minə bərabərdir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.




















