Rusiyanın "Aeroflot" şirkətinin bazar ertəsi saat 06:10-dan ləngiyən Bakı-Moskva reysi (SU 1853) 22:00-da yola salınacaq.
Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.
Aeroportdan qeyd edilib ki, ləngimə texniki səbəblərlə bağlı olub.
Texniki problemlər barədə ətraflı məlumat verilməyib.
Milli.Az