Sərnişin təyyarəsi təcili eniş etdi

21 İyul 2014 16:44
Şanxaydan Londona uçan "Aerobus-340" təyyarəsinin salonunda tüstülənmə yaranıb. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Virgin Atlantik şirkətinə məxsus təyyarə İrkutsk hava limanında təcili eniş etməli olub. Təyyarə uğurlu eniş edib. 286 sərnişin və 15 heyət üzvündən heç kim xəsarət almayıb.

Tüstülənmə təyyarənin yük bölməsində yaranıb. Hazırda insanlar hava limanının terminalındadırlar. Nəqliyyat prokurorluğunun əməkdaşları hadisə yerinə gediblər. Tüstülənmənin səbəbləri araşdırılır.

Milli.Az