Azərbaycan vətəndaşlarının xaricdə işə düzəlmələrində fiziki şəxslərin vasitəçiliyi qadağan edildi

4 Noyabr 2014 23:05

Azərbaycan Prezidenti İlham Əliyev "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunu təsdiq edib.
 

Trend-in məlumatına görə, qanuna edilən əlavədə qeyd olunub ki, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində fiziki şəxslərin vasitəçilik fəaliyyəti qadağandır.

Milli.Az