iPhone 6-nın əsl qiyməti

4 Noyabr 2014 23:26

ABŞ-ın Apple korporasiyası iPhone 6 smartfonunun 16 qeqabayt yaddaşlı versiyasının istehsalına təqribən 200 dollar xərcləyir. iPhone 6 Plus smartfonunun maya dəyəri isə vur-tut 216 dollardır.
 

Milli.Az Mashable-a istinadən bildirir ki, maya dəyəri ilə satış qiyməti arasındakı çox böyük fərq Apple korporasiyasına iPhone satışlarından az qala fantastik gəlir əldə etməyə imkan verir.
 

CNET vurğulayır ki, İHS şirkətinin apardığı araşdırmanın nəticələrinə görə, iPhone 6 smartfonu Apple korporasiyasına iPhone 5S ilə müqayisədə cəmi 5 dollar baha başa gəlir.
 

1 iPhone smartfonunun istehsalına Apple korporasiyası 200-247 dollar xərcləyir. Bu pulların 4,5 dolları işçi qüvvənin maaşına sərf oilunur.
 

Yeni iPhone-larda ən bahalı komponent kombinəli displey və taçskrindir. iPhone 6 və iPhone 6 Plus üçün displeylər müvafiq olaraq 45 və 52,5 dollara başa gəlir. Apple bu displeyləri LG Display və Japan Display şirkətlərindən alır.
 

iPhone 6-nın batareyasının maya dəyəri 4 dollar, 16 qeqabaytlıq yaddaş -15 dollar, kamera 13 dollardır.

Milli.Az