Malayziyanın "Malaysia Airlines" aviaşirkətinin Amsterdamdan Kuala-Lumpura MH17 reysi ilə uçan "Boeing 777" sərnişin təyyarəsinin vurulması ilə bağlı yeni təfərrüatlar bəlli olub.
Təyyarə iyulun 17-də Ukraynanın Donetsk vilayətindəki Qorlovka kəndinin yaxınlığında "Buk 9K37 1M" zenit-raket kompleksindən buraxılan raketlə vurulub.
Səmada partlayan təyyarənin 283 sərnişini və 15 nəfər heyət üzvünün hamısı həlak olublar.
Ukraynanın Təhlükəsihzlik Xidməti təyyarənin Donetskdəki separatçılar tərəfindən vurulduğuna dəlalət edən video yayıb.
Milli.Az European-a istinadən bildirir ki, iyulun 19-da çəkilmiş videoda avtotreylerə yüklənmiş "Buk 9K37 1M" ZRK-nın üstü brezentlə örtülüb. Yük maşını Donetsk vilayətindəki Torez qəsəbəsindən Rusiya sərhədinə doğru hərəkət edir və sonucda Ukrayna-Rusiya sərhədini keçir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.