Narkoman sürücü 22 nəfəri vurdu

20 İyul 2014 22:44

Polşanın şimalındakı kurort şəhəri olan Sopotda Honda-nın sürücüsü piyada zonasında 22 nəfəri vurub.
 

Milli.Az Wiadomosci-yə istinadən bildirir ki, polisdən verilən məlumata görə, 32 yaşlı sürücünün narkotik maddənin təsiri altında olduğu güman edilir.

O, maşını turistlər arasında populyar olan "Monciakiem" piyada zonasına sürəndən sonra avtomobil limanın ağac hasarına dəyib.
 

Yaralıların bir çoxunda kəllə-beyin və üz sümükləri travmaları, aşağı və yuxarı ətrafların sınıqları var.
 

Sürücünü ən azı 10 il həbs gözləyir.
 

Milli.Az