Xalq artisti Aygün Kazımovanın qızı İlqarə yenidən sosial şəbəkələrdə fotolarını paylaşıb.
Anspress-in məlumatına görə, sosial şəbəkədə aktiv olan müğənnilər sırasında görülməyən İlqarə son günlər paylaşdığı şəkillərlə izləyicilərini təəccübləndirir.
Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımovanın (İbrahimova) paylaşdığı şəkillərdə əvvəlki görüntüləri ilə müqayisədə arıqladığı nəzərə çarpır. Bunu onun sənət və fəaliyyətini izləyənlər də təsdiqləyir.
Şəkillərdə cazibədarlığını nümayiş etdirən müğənninin arıqlamaq üçün pəhriz saxladığı bildirilir.
İlqarənin ən son fotolarını sizə təqdim edirik. Milli.Az