BAK Niderland Krallığının Baş nazirinə başsağlığı verdi

19 İyul 2014 13:41
Benilüks Azərbaycanlıları Konqresinin Prezidenti Sahil Qasımov Niderland Krallığının Baş naziri Mark Rütteyə "Malaysia Airlines" şirkətinə məxsus "Boeing-777" təyyarəsinin qəzaya uğraması nəticəsində çox sayda həmvətəninin həlak olması ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb.

Konqresdən Trend-ə verilən məlumata görə, başsağlığında konqresin bu qəza nəticəsində baş verən insan tələfatından təəssüfləndiyi bildirilib:

"Malaysia Airlines" şirkətinə məxsus "Boeing-777" təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirmişdir. Benilüks Azərbaycanlıları Konqresi IH adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Hollandiya xalqına dərin hüznlə başsağlığı verirəm".

Milli.Az