Malayziyanın "Malaysia Airlines" aviaşirkətinin "Boeing 777" təyyarəsinin "qara qutu"ları Ukraynadadır.
Bunu Ukraynanın XİN başçısı Pavel Klimkin deyib.
"Qutular tapılıb və onlar hökumət komissiyasına veriləcək. "Qara qutu"lar Ukraynadadır", - P.Klimkin söyləyib.
Qondarma "Donetsk Xalq Respublikası"nın "baş nazirinin müavini Andrey Purqin "qara qutu"ları Rusiyaya verəcəklərini desə də, rəsmi Moskva Ukrayna səmasında vurulmuş "Boeing 777" təyyarəsinin "qara qutu"larını götürmək və araşdırmaq niyyətində olmadığını bildirib.
AsiaOne bildirir ki, "Malaysia Airlines" aviaşirkəti vurulmuş "Boeing"in həlak olmuş sərnişinlərinin ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.
Başsağlığı aviaşirkətin Facebook-dakı səhifəsində dərc olunub.
CNN bildirir ki, ABŞ prezidenti Barak Obama Almaniya kansleri Angela Merkel və Britaniyanın baş naziri Devid Kemeronla telefon danışığı zamanı Ukraynadakı situasiya ilə bağlı məsələdə irəliləyişlər olmazsa, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini təklif edib.
Beynəlxalq QİÇS-lə Mübarizə Fondunun prezidenti Fransuaza Barre-Sinussinin dediyinə görə, Ukraynada vurulmuş "Boeing"in sərnişinləri arasında Avstraliyanın Melburn şəhərində keçiriləcək beynəlxalq konfransda iştirak edəcək 100 yox, 6 nəfər vardı.
QİÇS-lə mübarizə məsələləri üzrə beynəlxalq konfrans Melburnda 20-25 iyul günlərində keçiriləcək.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.