Gözəl görünmək istəyənlərə 12 məsləhət

20 İyul 2014 10:56
Yayda insanın dərisi daha çox yad təsirlərə məruz qalır və təbii ki, bu təsirlər fəsadsız ötüşmür. Bunun üçün də cildə xüsusi qulluq lazımdır. Bir çoxlarıçətin və bahalı prosedurlar olduğuna görə, buna əhəmiyyət vermir.

Milli.Az tibb.az-a istinadən bildirir ki, amma evdə əlinizin altında olan məhsullarla özünüz möcüzələr yarada bilərsiniz.

Problemsiz dəri
 

Məhsullar: Təzə nanə, duz

Yarım litr suyu qaynadın və içinə on ədəd təza nanə yarpağı atın. On dəqiqə saxlayandan sonra suyu süzün və bir fincan duzla bərabər vanna qəbul edin.

Nanə rahatladıcı, sakitləşdirici təsiri olan bitkidir. Duz isə pilinq etmə özəlliyi sayəsində dərini ölü hüceyrələrdən təmizləyir.

Quru dəri

Məhsullar: Süd, duz, bal

Plastmas şüşədə bir litr süd, bir fincan duz və yarım fincal balı çalxalayaraq qarışdırın. Əldə edilən köpüklə bədəni masaj edin və yaxalanın. Həftədə bir dəfə edilən bu masajda süd epidermisə zərər vermədən dərini təmizləyir. Duz da ölü dəridən azad olmağa kömək edir.

Əllərdəki ləkələr
 

Məhsullar: Limon suyu, zeytunyağı

Üç damcı zeytunyağını bir limonun suyu ilə qarışdırın. Qarışığı əllərinizə sürtün. Yarım saatdan sonra pambıqla əllərinizi silin və yaxalayın.

Limon suyundakı C vitamini əllərdəki ləkələrin solmasına, dərinin pilinq olmasına, zeytunyağı isə quruluğun aradan qalxmasına və yumuşalmaya kömək edir.

Dırnaqlara qulluq
 

Məhsullar: Lavanda yağı

Dırnaqların üzərinə sürtülən bu yağ onları tez tez qırılmalardan və sairə bir çox problemlərdən mühafizə edəcək.

Əl maskası
 

Məhsullar: Zeytun yağı, bal

Maskanı tədbiq etməzdən əvvəl bir müddət əllərinizi suda yumşaldın. Sonra əllərinizi 5 dəqiqə ilıq zeytunyağı və bir çay qaşığı balın içərisində saxlayın. Bu məhlulla əllərinizi masaj edin.

Saçlar
 

Məhsullar: Yumurta sarısı, adaçayı yağı

Bir yumurtanın sarısını 4 damcı yağ ilə qarışdırın. Bu məhlulu təmiz saça sürtün. 10 dəqiqə gözləyəndən sonra isə ilıq su ilə yaxalayın. Yumurta saçları yumşaldır, onların daha asan daranmasına yol açır. Adaçiçəyi yağı isə saçlara ipək kimi görüntü verir.

Saç maskası

Məhsullar: 2 yemək qaşığı bal, 1 ədəd limon

İki yemək qaşığı balı bir limonun suyu ilə qarışdırın. Maskanı quru saça sürtüb 10 dəqiqə gözləyin. Saçlar həcmli və parlaq görünüş qazanacaq.

Üz maskası
 

Məhsullar: Yumurta sarısı, süd
 

İki məhsulldan hazırlanan qarışığı üzə sürtün, maskanın üstünü nazik parça ilə örtərək on beş dəqiqə gözləyin. Sonra maskanı kağız dəsmalla silərək təmizləyin, ilıq su ilə yaxalayın. Qidalandırıcı yumurta və nəmləndirici süd dəriyə gözəllik bəxş edəcək.

Qara nöqtələr
 

Məhsullar: Limon suyu, qatıq
 

Bir kasa qatığı bir limonun suyu ilə qarışdıraraq maska hazırlayın. Bu maska üzdə on beş dəqiqə qalandan sonra yuyun. Limon suyu dərini dezinfeksiya edir və qara nöqtələri yox edir. Qatıq isə dərini nəmləndirərək, yağın miqdarını tənzimləyir.
 

Sızanaqlar
 

Məhsullar: Gül kələm, zeytunyağı
 

Səkkiz ədəd kələm yarpağını iki qaşıq zeytunyağı ilə bir yerdə mikserlə çalın. Qarışığı problemli bölgələrin üstünə sürtün. On dəqiqdən sonra üzünüzü ilıq su ilə yuyun.

Qırışıqlara son
 

Məhsullar: Qaymaq, alma
 

Qabığı soyulmuş almanı 3 qaşıq qaymaqla mikserlə çalın. Qarışımı dəriyə sürtəndən sonra üzərini təmiz parça ilə örtün. Bir neçə dəqiqədən sonra maskanı silin və üzünüzü ilıq su ilə yuyun.

Qaymaq dərini yumşaldır, nəmləndirir və elastiklik verir, qırışlara qarşı təsirlidir. Alma isə dərinin canlı qalmasına kömək edir.

Yağlı dəri
 

Məhsullar: Bal, süd, limon suyu
 

Bir qaşıq bal, bir qaşıq limon suyu və bir miqdar süd qataraq qarışdırın. Qarışığı üzünüzə və boynunuza sürtün. Quruyana kimi gözləyin və nəm dəsmal ilə təmizləyin.

Bu maddələr dərinin yağlılığını tənzimləyir. Artıq yağın səbəb ola biləcəyi sızanaqların qarşısını alır.

Milli.Az