Ukraynada vurulan təyyarədə Hollandiya Senatının üzvü də olub

18 İyul 2014 18:25
İyulun 17-də Amsterdam-Kuala Lumpur marşrutu ilə hərəkət edərkən Ukraynada vurulan "Boeing-777" təyyarəsinin sərnişinləri arasında Hollandiya parlamentinin birinci palatasının (Senat) üzvü Villem Vitteveen də olub.

APA-nın xəbərinə görə, bu barədə Hollandiya Senatının saytında məlumat verilib.

Xatırladaq ki, təyyarədə 173 Hollandiya vətəndaşının olduğu açıqlanıb.

Milli.Az