Dalya Qribauskayte: "Azərbaycan iqtisadi əlaqələrin inkişafında Avropa İttifaqının vacib tərəfdaşıdır"
18 İyul 2014 17:11
Litva Prezident Dalya Qribauskayte Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskasa etibarnamə təqdim edib.
Trend-in məlumatına görə, bu barədə cümə günü ELTA agentliyi xəbər yayıb.
Cümə günü keçirilən görüşdə Prezident səfir ilə Litva və Azərbaycanın ikitərəfli iqtisadi əməkdaşlığını, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin daha sıx inkişafının imkanlarını müzakirə edib.
Prezidentin sözlərinə görə, Azərbaycan iqtisadi əlaqələrin inkişafında Avropa İttifaqının vacib tərəfdaşıdır.
Dövlət başçısı onu da qeyd edib ki, Litva Azərbaycana Avropa İttifaqı ilə əlaqələrin daha sıx inkişafında yardım edə bilər. O qeyd edib ki, Litva bu ölkə ilə vizasız rejim haqqında danışıqları dəstəkləyir.
Lastauskasın hüquqi təhsili var, o, müvəqqəti Energetiya Nazirliyinin kansleri vəzifəsində çalışıb, XİN-də kansler olub. Diplomat eləcə də Litvanın Polşadakı səfirliyində konsul və bir sıra digər məsul vəzifələrdə çalışıb.
Milli.Az