Ukraynada "Boeing"-in qəzaya uğraması faktı üzrə "terror aktı" maddəsi ilə cinayət işi açıldı

18 İyul 2014 15:30
Ukrayna milisi "Malaysia Airlines" şirkətinə məxsus təyyarənin qəzaya uğraması faktı üzrə "terror aktı" maddəsi ilə cinayət işi açıb.

Trend-in məlumatına görə, bu barədə UNİAN Ukrayna DİN-dəki mənbəyə istinadən xəbər yayıb.

Cinayət işi Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsinin üçüncü bəndi (terror aktı) üzrə açılıb. Agentliyin müsahibi qeyd edib ki, iş Ukrayna DİN-in Şaxtyor rayon idarəsinin İstintaq şöbəsinin məhkəmədən əvvəl araşdırmalar vahid reyestrinə daxil edilib.

İyulun 17-də axşam "Malaysia Airlines" şirkətinin "Boeing 777" təyyarəsinin Ukraynanın Donetsk vilayəti üzərində qəzaya uğradığı məlum olub. 298 sərnişini olan təyyarə Amsterdamdan Kuala-Lumpura uçurmuş. Qəzada sağ qalan olmayıb.

Milli.Az