Nuşirəvan Məhərrəmli: "Səviyyə və inkişaf yoxdur"
18 İyul 2014 11:06
Son zamanlarda Azərbaycan teleməkanında yayımlanan uşaq verilişləri barədə mətbuatda müzakirə və mübahisəli yazılarla tez-tez qarşılaşırıq.
"Azərbaycanda uşaq verilişləri sahəsində həm səviyyə, həm də keyfiyyət baxımından inkişaf yoxdur".
Milli.Az xəbər verir ki, bunu modern.az saytına MTRŞ-nın sədri Nuşirəvan Məhərəmli uşaq verilişlərinin yayımından narazılığını bildirərkən deyib.
Sədrin sözlərinə görə, ildə hər kanal bir cizgi filmi çəksəydi, yaxın illərdə 100-ə yaxın serialımız olardı. Uşaqların xarici kanallardakı verilişlərə baxmağından təəssüflüyünü vurğulayan N.Məhərəmli bu sahədə ciddi problemlərin olduğunu qeyd edib. Məsələ ilə bağlı tədbirlərin görülməsinə gəlincə isə o bildirib ki, özəl qurumlar fəaliyyətlərini öz nizamnamələri əsasında qururlar:
"Biz onların heç birini buna məcbur edə bilmərik. Amma istərdik ki, Azərbaycanda özəl və büdcədən maliyyə ayrılan kanallar bu sahəyə diqqət ayırsınlar".
Milli.Az