Azərbaycanın xalq artisti: "Xanımıma pislədilər ki, ayağı sürüşkən oğlanam”

4 Noyabr 2014 23:35

Xalq artisti Rafael Dadaşov şəxsi həyatı ilə bağlı maraqlı etiraflar edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor şər-böhtanla ailəsini dağıtmaq istədiklərini deyib:
 

"40 ildir Akademik Milli Dram Teatrında çalışıram. Ondan əvvəl də bir neçə yerdə işləmişəm. Məni ləkələməyə, qara yaxmağa çox çalışıblar. Hətta xanımıma pislədilər ki, ayağı sürüşkən oğlanam. Evimizdə davalar olurdu. Ayrılma həddinə də gəldik.

Amma əslində belə deyildi. Ailədə qanqaraçılıq yaratmağa çalışırlar. İnsanlar var ki, şərdən, böhtandan enerji alır. Bu, Allah qarşısında günahdır".

Milli.Az