Ukrayna səmasında uçuşlar dayandırıldı

17 İyul 2014 22:42

Milli.Az Reuters-ə istinadən bildirir ki, Rusiyanın "Aeroflot" və "Transaero", Almaniyanın "Lufthansa", Fransanın "Air France" və Türkiyənin "Turkish Airlines" aviaşirkətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün Ukrayna səmasında aviareysləri dayandırıblar.
 

Bu olay Ukraynanın Donetsk vilayətində Malayziyanın "Malaysia Airlines" aviaşirkətinin "Boeing-777" sərnişin təyyarəsinin vurulması ilə əlaqədardır.
 

Milli.Az