Milli.Az 4charx.com-a istinadən bildirir ki, avtomobilin 12 silindrli 6.0 litrlik mühərriki onu 573 a.g. və 620 Nm fırlanma anı ilə təmin edir. Bu isə rodsterə ilk "yüzlüyə" 4,1 saniyədə sürətlənməyə və maksimal 323 km/saat sürətlə hərəkət etməyə imkan verir.
Digər texniki yeniliklərdən adaptiv amartizatorları, çoxrejimli sabitləşdirmə sistemi və güclü karbon-keramik əyləcləri qeyd etmək olar.
Dizayn baxımından yeni model kupedən çox da uzaqlaşa bilməyib - dam istisna olmaq eksteryer olduğu kimi qalıb. Salonda da vəziyyət eynidir, lakin çox geniş Aston Martin fərdiləşdirmə proqramını da unutmaq olmaz. Ondan yararlanmaqla müştərilər istənilən detalın tərtibatında seçimlərdən istifadə edə bilərlər.
Milli.Az