Tanış olun: yeni Mazda2 - VİDEO - FOTO

17 İyul 2014 20:38
Mazda mətbuat xidməti yeni, sayca dördüncü nəsil supermini Mazda2 modelini rəsmi məxvilikdən çıxardıb. Avtomobilin dünya üzrə satışları bu ilin dördüncü rübündə başlanacaq. Populyar heçbek tamamilə yenidən işlənmiş xarici görünüş, cəsarətli innovasiyalı interyer və SkyActiv mühərriklərinin geniş seçimini əldə edib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, yeni Mazda2 "siması" elə ilk baxışdan tanınır. Özündən böyük Mazda3 və Mazda6 ilə açıq-aydın oxşarlığı olan Mazda2 kompaktın dizaynı bu ilin martında Cenevrə avtosalonunda təqdim edilmiş Hazumi konseptindən köçürülüb. Kodo dizayner üslubunda işlənmiş yeni model düzgün xəttləri, iri faralı ifadəli qabaq hissə və qalxan formalı iri barmaqlığı ilə seçilir.

Mazda şirkətində bildiriblər ki, 2016 Demio (model Yaponiyada belə adlanır) öz xələfindən daha yüngül, sərt və manevrli olacaq. SkyActiv mühərrik sırası isə ilk dövrdə 100 at gücünədək iki benzin və 105 a.g. olan dizeldən ibarət olacaq. Alıcılara mexaniki və avtomat ötürücü qutu arasında seçim etmək lazım gələcək.

Mazda2 salonunda cihaz paneli üzərində "a-lya planşet" çərçivədə taçskrin multimedia sistemi yüksəlir. Bort kompüterin idarəetmə menüsü isə "əl əyləci"nin rıçaqı yaxınlığında yerləşdirilimiş mürəkkəb çoxfunksiyalı joystikə köçürülüb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.