"Bakının ətrafında çirklənmiş göllər bu gün bir ekoloji fəlakət mənbəyidir, şəhərimizi zəhərləyir". Prezident İlham Əliyev Nazirlər Kabinetinin sonuncu iclasında Bakının ətrafında çirklənmiş göllərin yaxşılaşdırılması istiqamətində yenidən tapşırıqlarını verdi. Dövlət başçısı bildirdi ki, bu gölləri təmizlənməli, gözəl ekoloji layihəyə çevirilməli və şəhərin ekologiyasına çox müsbət təsir göstərməlidir.Yaxın vaxtlarda Zığ gölünün təmizlənməsi işlərinə başlanacaq