Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, 2004-2013-cü il dövrü üçün respublika ərazisinin seysmikliyi nəzərdən keçirilib. Ayrılmış seysmik enerjinin, zəlzələ episentrlərinin (ocaqlarının) illər üzrə paylanması analiz edilib və onun əsasında respublika ərazisində gərgin vəziyyətlərin və seysmik aktivliyin qiymətləndirilməsi aparılıb.Son 10 il ərzində (2004-2013-cü il) Azərbaycan ərazisində seysmikliyin təzahür etməsinin xüsusiyyətlərini öyrənmək məqsədilə aparılan analizin nəticələri açıqlanıb