Buludlar quldurları zəiflədir

16 İyul 2014 20:56
ABŞ-ın abunəçi sayı 2,3 milyon təşkil edən Adobe Systems şirkəti pratçılığı aradan qaldırmaq məqsədilə bulud texnologiyası servisini istifadəyə verib.

Bulud servisinin yaradılması piratçılıq hallarını minimallaşdıracaq, Adobe tərtibatçılarının məhsullarını daha əlverişli etmək üçün yollar axtarmasına şərait yaradacaq. İstifadəçilər ayda 700 dollar ödəmək əvəzinə, şirkətin məhsullarından istifadəyə bir neçə dollar ayıracaq. Adobeun bu siyasəti büdcəsi məhdud istifadəçilərə şirkətin proqramlarından istifadəyə imkan verir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkətin Cənubi Amerika bölməsinin vitse-prezidenti Fabio Sambuqaro bildirib ki, Adobun məhsullarından qeyri-qanuni istifadə bulud texnologiyalarına keçdikdən sonra azalıb. Belə ki, istifadəçilər tərəfindən proqram təminatı tərtibatçısının məhsullarından istifadə dəfələrlə artıb. Təkcə 2014-cü ilin birinci rübündə Creative Cloud servisinin abunəçilərinin sayı 464 min nəfər artıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 53 faiz çoxdur.

Bununla belə, bulud servisinin tətbiqi Photoshop CC 2014 versiyalarından qeyri-qanuni istifadə barədə xəbərdarlıq etmir. Ehtimal olunur ki, istifadəçi üçün proqramı almazdan əvvəl onu sınaqdan keçirərək qrafik redaktorun verdiyi pula uyğun olması maraq doğurur.

Milli.Az