Tanış olun: 2 milyon dollarlıq lüks maşın - FOTOSESSİYA

15 İyul 2014 19:39
Milli.Az 4charx.com-a istinadən bildirir ki, dünən Londonda Berkeley Hotel Ferrari sərgi salonunda İtaliya şirkəti Pininfarina konseptual Sergio sportkarını nümayiş etdirib.

Avtomobil 1961 - 2001-ci illərdə bu firmaya başçılıq etmiş və onun inkişafına böyük əmək sərf etmiş məşhur dizayner Sergio Pininfarinanın şərəfinə hazırlanıb.

Rodster Ferrari 458 Italia bazasında yığılıb və olduqca məhdud sayda - beş və ya altı nüsxədə buraxıla bilər. Hər bir maşının hazırlanmasına 4,5 ay vaxt sərf olunacaq. Avtomobilin təxmini qiyməti 2 milyon dollara bərabərdir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.