Mazda RX-7-nin varisi göstəriləcək

15 İyul 2014 18:11
Belə görünür ki, "Mazda"-da nəhayət rotorlu mühərriklər sahəsində məxsusi əlavələrini tətbiq etməyə yer tapıblar. Məşhur RX7-nin ideloji varisi hesab edilən Vankel mühərrikli növbəti sportkar 450 a.g. olan turboyükləyicili mühərrik alacaq.

Milli.Az auto.az-a istinadən bildirir ki, Avstraliyanın "Motoring" nəşriyyatı "Mazda"-dakı mənbəsinə istinadən xəbər verir ki, mühərrikin kompaktlığı və bir sıra yeni "SkyActiv" texnologiyaları sayəsində "Mazda MX-9" bu sinifdə ən yüngül sportkar adına namizəd ola biləcək. Təsiredici güc isə (BMW M3 və M4-ü üstələyir) ona əla dinamika yaradacaq.

Lakin bu cür mühərriklə "Mazda" ya gərək yeni platforma hazırlasın, ya da indiki "Mazda RX-8"-in platformasını ciddi şəkildə təkmilləşdirsin. Əvvəl bildirilirdi ki, yeni rotorlu sportkar "Mazda RX-5"-in bazasında yığılacaq, lakin indi yapon mühəndislər bu ideyadan imtina ediblər.

"Motoring" nəşriyyatının bildirdiyinə görə, buna əsas səbəb mühərrikin ciddi surətdə artmış gücüdür. Bu ilin əvvəlində bildirilirdi ki, "RX-9" 300 a.g. olan 1,2-litrlik rotor mühərrik alacaq.

Gələcək yeniliyin adlandırılması ətrafında da mübahisələr sakitləşmir. "RX-9" daha məntiqli görünür, lakin şaiyələr var ki, "Mazda" Yaponiya ərazisində nəinki bu adı, həm də "RX-7" nişanını qeydiyyatdan keçirib. Çox güman ki, yaponlar məşhur adlandırmaya qayıdacaqlar.

Sportkarın təqdimatı 2017-ci ilin may ayına təyin edilib və "Mazda"-nın ilk rotorlu avtomobilinin - "Cosmo Sport 110S"-in 50-illik yubileyinə təsadüf ediləcək.

Milli.Az