Uçan "Hummer" hazırlanır - FOTOSESSİYA
2 Dekabr 2010 14:40
Milli.Az xəbər portalı "The Guardian"a istinadən bildirir ki, ABŞ Müdafiə Nazirliyi silahlı qüvvələr üçün yeni avtomobil hazırlıqlarına başlayıb. "Hummer" markalı məşhur maşının əsasında uçan avtomobilin ərsəyə gətirilməsi nəzərdə tutulub.
Pentaqonun Perspektiv Müdafiə Tədqiqatları Layihələri Agentliyinin (Defense Advanced Research Projects Agency, DARPA) əməkdaşları həmin avtomobildən ilk əvvəl Birləşmiş Ştatların Əfqanıstandakı hərbi kontingentinin əməliyyatlarında istifadə etmək niyyətindədir.
Uçan "Hummer"in məziyyətlərindən danışarkən DARPA əməkdaşları bildiriblər: "Zahirən "Hummer"ə bənzəyən bu avtomobil ehtiyac yarandığı çox qısas müddətdə vertolyota çevrilərək havaya qalxa biləcək. Hərbçilərimiz indi ölümcül təhlkəli olan yolların yaratdığı probemləri dəf edəcək, uzaq patrul məkanalına daha operativ və sürətlə çatacaq, habelə "Taliban" terrorçularına qarşı zamanı xüsusi təyinatlı qrupları əməliyyat yerinə daha tez çatdıracaqlar. Eyni zamanda, bu avtomobildə olan amerikalı hərbçilər mühasirəyə və ya pusquya düşərsə, hadisə yerini sürətlə tərk edə biləcəklər".
Uçan "Hummer" layihəsi çərçivəsində aparılan işlərə Pentaqon ilkin mərhələdəki maliyyələşdirmə qismində 41 milyon dollar ayırıb.
Həmin avtomobil vertolyot təki yerdən şaquli şəkildə havaya qalxacaq, 400 kilometrlik məsafəni yerə enmədən qət edə biləcək.
Yerdə 100 km/saat, havada isə 220 km/saat sürətlə hərəkət edəcək zirehli uçan "Hummer" top və pulemyotlarla da təchiz ediləcək.
Uçan avtomobilin qiymətinin 180 min dollar olacağı gözlənilir.
Orxan
Milli.Az