Serj Sarqsyan Facebook və Twitter-dəki "nüfuz"u ilə hər kəsi özünə güldürdü
15 İyul 2014 11:30
Diasporçuların tənqid poliqonundakı əsas hədəfi olan Ermənistan prezidenti Serj Sarqsyana doğru bu dəfə fərqli bir "atəş" açılıb. Ermənistanı biabır etməkdə davam edən dövlət başçısının nüfuzu olduqca aşağıdır və diaspora bunu dəfələrlə müxtəlif faktlar vasitəsilə sübut etməyə çalışıb.
Milli.Az bildirir ki, prezidentə qarşı son həmləsində diaspora onun sosial şəbəkələrdəki avtoritetindən söz açıb və onu növbəti dəfə ələ salıb. Bildiyimiz kimi dünyanın əksər liderləri Facebook və Twitter sosial şəbəkələrində şəxsi səhifələrə malikdirlər. Ermənistanın rəhbəri Serj Azatoviç də sözügedən liderlər arasındadır. Lakin onun sosial aləmdəki nüfuzu digərlərinin kölgəsində yoxa çıxır desək, yanılmarıq. Amerikan diasporu Serj Sarqsyan və regional liderlərin Facebook və Twitter şəbəkələrindəki məşhurluğunu müqayisə edib.
Diasporçular bildirirlər ki, regionda ən zəif ölkə olan Ermənsitanın prezidenti sosial şəbəkələrdəki nüfuzuna görə regiondakı həmkarlarına açıq fərqlə uduzur. Misal üçün, regiondakı dövlət başçılarının Twitter sosial şəbəkəsindəki izləyicilərinin sayı 70.000 və 100.000 civarında olduğu halda "böyük siyasi xadim" Serj Sarqsyanı izləyənlər nə az, nə çox cəmi 30 nəfərdir. Bu ki "tragikomediyadır".
Gələk dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook-a. Regionun liderlərinin buradakı izləyicilərinin sayı olduqca çox - 350.000 və 600.000 civarındadırsa, Serj Azatoviçin heyranlarının sayı 6.800 nəfərdir. Bu isə əsl komediyadır.
Sarqsyanın Argentina fiaskosunun normal hadisə olduğuna daha bir sübut kimi onun sosial şəbəkə okeanındakı damcı qədər nüfuzunu göstərmək olar. Həmkarlarının yüz minlərlə izləyicisinə qarşılıq ümumlikdə 6.830 izləyicisi olan Serj Sarqsyan, görəsən, özü-özünə nə deyir!?
Müşviq Mehdiyev
Milli.Az