Braziliyada keçirilmiş futbol üzrə dünya çempionatının final matçına bir gün qalmış İngiltərə yığmasının oyunçuları, sən demə, əməlli-başlı "əyləniblər".
Məşhur ftubolçular Cek Uilşir və Co Hart ABŞ-ın Las-Veqas ştatındakı Nevada şəhərində yerləşən lüks otellərdən birində əyləniblər.
"Şən qızlar"la istirahət edən futbolçular içib sərxoş olandan sonra öpüşməyə başlayıblar.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, damağında siqaret tüstüləyən Uilşir əvvəl şampan, sonra pivə və viski içib.
"Arsenal"ın yarımmüdafiəçisi Uilşir daha sonra "Mançester Siti"nin qolkiperi Co Hartla dodaq-dodağa öpüşməyə başlayıblar.
Yanlarında qadınların olmasına rəğmən, futbolçular uzun zaman qucaqlaşıblar, bir-birlərini oxşayıblar, öpüşüblər.
Ötən ilin oktyabrında damağında siqaret olanda paparassilərin kameralarına tuş gəlmiş 22 yaşlı Cek Uilşir sonradan üzr istəmiş, "Bu hal bir də təkrarlanmayacaq" demişdi.
"Arsenal"ın baş məşqçisi Arsen Venger isə olayla bağlı söyləmişdi: "Uilşirin davranışı yolverilməzdir. O, məşhur klubun futbolçusudur və çoxları ona bənzəməyə çalışır. Futbolçu isə insan səhhətinə ziyan və təhlükəli vərdişlərdən kənar qalmalıdır".
Bir qədər keçmiş, Uilşir bildirmişdi: "Bossla danışdım və o, məni anladı. Mən siqaret aludəçisi deyiləm. Durumu başa saldım. Hamı səhv edir, mən də yanılmışam. Problem deyil və bir daha təkrar edirəm ki, siqaret çəkən deyiləm. Məni bir daha damağımda siqaret görə bilməzsiniz".
İndi isə damağında siqaret bir yana - içib sərxoş olan və "Mançester Siti"nin qapıçısı ilə öpüşən Uilşirin nə deyəcəyi maraqlıdır.
Milli.Az