Messi yenə qusdu?
14 İyul 2014 17:35
Argentina millisinin futbolçusu Lionel Messinin səhhətində növbəti dəfə problem yaranıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Assoşiayted Press" agentliyi 27 yaşlı hücumçunun DÇ-2014-ün finalında Almaniya ilə matçın birinci hissəsində iki dəfə qusduğu barədə məlumat yayıb.
İtaliyanın məşhur qəzeti "Repubblika" isə saytında Messinin səhhətində problem yarandığı anın videosunu paylaşıb.
Qeyd edək ki, Messi artıq altıncı dəfədir ki, meydanda qusur. O, bundan əvvəl Argentina millisində Rumıniya, Boliviya və Sloveniya ilə matçlarda, "Barselona" ilə isə La Liqada "Levante" və "Atletik"lə görüşlərdə qusmuşdu. Ancaq həkimlər futbolçunun səhhətində hansı problem olduğunu hələ də müəyyənləşdirməyiblər.
Milli.Az